Almaniya səfirliyi: Viza üçün müraciət edən şəxsin pasportu itirilərsə, mümkün dəstək göstəririk
Viza üçün müraciət edən şəxsin pasportu itirilərsə, səfirlik tərəfindən vəziyyətlə əlaqədar mümkün dəstək göstərilir.
Bu barədə “Sizinxeber.az”un sorğusuna cavab olaraq Almaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Pəri Abbaslı adlı şəxs sosial media hesabında viza üçün təqdim etdiyi pasportunun Almaniya səfirliyində itirildiyi barədə paylaşım edib.
O vurğulayıb ki, pasportu yanvarın 16-da itib, ancaq həmin tarixdən etibarən ona heç bir məlumat verilməyib, səfirliyə vizanın hazır olub-olmadığı barədə email yazdıqdan sonra yanvarın 26-da ona pasportunun itdiyi bildirilib.
P.Abbaslının sözlərinə görə, bu hadisə səbəbilə vətəndaşa maddi ziyan dəysə də, səfirlik tərəfindən ona heç bir kompensasiya ödənilməyib.
Almaniyanın Azərbaycandakı səfirliyindən isə bildirilib ki, pasportun itməsi kimi hallar çox nadir hallarda baş verir, ancaq heç vaxt istisna edilməyən belə bir hal yaşandıqda pasport sahibinə lazımi dəstək göstərilir:
"Azərbaycanlıların Almaniyaya səyahət etməyə göstərdiyi böyük maraqdan məmnunuq. Çoxsaylı viza müraciətləri həmişə maksimum diqqətlə işlənilir. Pasportun itirilməsi ehtimalı azdır, ancaq heç vaxt tam istisna edilməyən bu kimi fərdi hallarda səfirlik, əlbəttə ki, vəziyyətdə əlaqədar şəxsə mümkün qədər dəstək göstərir və göstərəcək".
Azərbaycanın Xarici İşlər Nazirliyindən (XİN) isə “Sizinxeber.az”un sorğusuna cavab olaraq qeyd edilib ki, hadisə ilə əlaqədar şəxs XİN-ə müraciət edəcəyi təqdirdə məsələyə aidiyyəti üzrə baxıla bilər.
Oxşar xəbərlər
XİN: COP29 iştirakçıları Azərbaycana təkrar giriş zamanı yenidən viza üçün müraciət etməlidirlər
Mariya Zaxarova: ABŞ-dəki təyyarə qəzasında həlak olmuş üç nəfərin Rusiya pasportu olub
Mərakeş və Azərbaycan arasında sadələşdirilmiş viza rejimi avqustun 28-dən qüvvəyə minəcək
Pakistan Azərbaycan vətəndaşları üçün viza rüsumlarını ləğv edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.
-
Tramp Tulsi Qabbardın istefasını təsdiqləyib - YENİLƏNİB
