Səfir: Aİ Azərbaycan gənclərinin ideyalarını dəstəkləməyə xüsusi önəm verir
Bakıda Aİ "Yaşıl Gələcək” şüarı altında Avropa Gənclər Müsabiqəsinin dördüncü buraxılışı olub.
APA xəbər verir ki, tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Planetimiz naminə" kampaniyası çərçivəsində həyata keçirilib.
Müsabiqə Azərbaycanın müxtəlif bölgələrindən olan orta məktəb şagirdlərindən universitet tələbələrinədək bir çox istedadlı gəncləri bir araya gətirib.
Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko deyib ki, bərpa olunan enerji və yaşıl siyasət sahəsində qlobal lider olan Avropa İttifaqı Azərbaycan gənclərinin ideyalarını dəstəkləməyə xüsusi önəm verir: “Bu gün gənclərdən öyrənmək və onların ətrafımızı əhatə edən real dayanıqlılıq çağırışlarına yönəlmiş dəyərli həll yollarını kəşf etmək bizim üçün böyük həyəcan doğurur. Mənim üçün tam aydındır ki, bu komandaların innovativ yanaşmaları Azərbaycanın və planetimizin gələcəyi üçün böyük ümid yaradır. Çəkdikləri zəhmətə və parlaq ideyalarına görə bütün komandalara təşəkkür edirəm".
Aİ "Yaşıl Gələcək” müsabiqəsinə Ağdaş, Bakı, Xankəndi, İsmayıllı, Lənkəran və Şəmkirdən olan 512 nəfərin təmsil olunduğu 128 komanda qatılıb. Hər biri dörd üzvdən ibarət olan dörd komanda isə final mərhələsinə yüksəlib. Müsabiqənin münsiflər heyəti finalçıları qiymətləndirib və qalib komandanı müəyyən edib.
Oxşar xəbərlər
Peter Mixalko: COP29 planetin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir
Aİ: Azərbaycanın enerji səmərəliliyi ilə bağlı səylərini dəstəkləyəcəyik
Peter Mixalko: Azərbaycanın COP29 üçün göstərdiyi səyləri təqdir edirəm
Peter Mixalko: Azərbaycanın COP29 üçün göstərdiyi səyləri təqdir edirik
Səfir: Aİ Azərbaycanda su ehtiyatlarının səmərəli idarə edilməsinə kömək etməyə davam edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.
-
Tramp Tulsi Qabbardın istefasını təsdiqləyib - YENİLƏNİB
