Azərbaycan və Özbəkistanın İsraildəki səfirləri ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər
sizinxeber.az xəbər saytı

Azərbaycan və Özbəkistanın İsraildəki səfirləri ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər


Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov və özbəkistanlı həmkarı Cahongir Aminov Bakı və Daşkənd arasında ikitərəfli münasibətlərin inkişafını müzakirə edib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Özbəkistanın Təl-Əvivdəki diplomatik missiyasının mətbuat xidməti məlumat yayıb.

“Özbəkistanın İsraildəki səfiri Zati-aliləri cənab C. Aminov Azərbaycanın səfiri Zati-aliləri cənab M.Məmmədovla səmimi və məhsuldar görüş keçirib”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.

Bildirilib ki, müzakirə ikitərəfli münasibətlərin inkişafına və iki səfirlik arasında birgə tədbirlərin keçirilməsi imkanlarının nəzərdən keçirilməsinə həsr olunub.

Oxşar xəbərlər

Azərbaycan və Burundi səfirləri ikitərəfli münasibətlərin gücləndirilməsini müzakirə ediblər
Azərbaycanın Ukraynadakı səfiri hindistanlı həmkarı ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib
Səfir Yerusəlim Patriarxı ilə səfirlik və dini qurum arasında əməkdaşlığı müzakirə edib
Ukraynanın Azərbaycandakı səfiri hindistanlı həmkarı ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib
Rəşad Məmmədov Türkiyənin Bakıdakı yeni səfiri ilə ikitərəfli əlaqələri müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər