Yeni Kaledoniyada uzun fasilədən sonra yenidən Azərbaycan bayrağı dalğalanıb - VİDEO
sizinxeber.az xəbər saytı

Yeni Kaledoniyada uzun fasilədən sonra yenidən Azərbaycan bayrağı dalğalanıb - VİDEO


Yanvarın 23-24-də Kanakidə (Yeni Kaledoniya) Fransa müstəmləkəsi olan əraziləri özündə birləşdirən Beynəlxalq Dekolonizasiya Cəbhəsinin ilk konqresi keçirilib.

Sizinxeber.az xəbər verir ki, konqresdə Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik, Qvadelup, Fransız Qvianası və Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan parlamentarilər, siyasi partiyalarının liderləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, ictimai hərəkatların başçıları və digərləri iştirak edib.

Bakı Təşəbbüs Qrupunun nümayəndələrinə Konqresdə iştirak üçün viza verilməməsi səbəbindən təşkilat sözügedən konqresin işinə online qatılıb. Bu xüsusda, BTQ-in rəhbəri Abbas Abbasov konqresdə video-formatda çıxış edib.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Kanak xalqına qarşı törədilmiş cinayətləri açıq şəkildə pislədiyini və müstəmləkə altında olan regionlara dəstəyini ifadə etdiyini xatırladıb.

Kanak xalqı minnətdarlıq əlaməti olaraq Azərbaycan bayrağını yenidən paytaxt Numea şəhərində ucaldıb.

Xatırladaq ki, Beynəlxalq Dekolonizasiya Cəbhəsi 2024-cü ilin iyulunda Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Bakıda Fransanın son koloniyalarının nümayəndələri tərəfindən yaradılıb.

Oxşar xəbərlər

Yeni Kaledoniyada Fransa müstəmləkəsi olan ərazilərin ilk konqresi keçirilir - FOTO - VİDEO
BMT-nin tədbirində Fransanın cinayətləri pislənilib
BTQ-nin fəaliyyəti Yeni Kaledoniya və Fransız Polineziyası ilə əlaqədar müsbət nəticələrə gətirib çıxarıb
Bakı Təşəbbüs Qrupu: Boneyra xalqının öz müqəddəratını təyin etmək hüququ təmin olunmalıdır
İstanbulda dekolonizasiya mövzusunda konfrans keçirilib, Makrona açıq məktub ünvanlanıb - FOTO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər