Ceyhun Bayramov: Azərbaycan çətin günlərdə Türkiyəyə istənilən yardıma hazırdır
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov: Azərbaycan çətin günlərdə Türkiyəyə istənilən yardıma hazırdır


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidana zəng vurub.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

C.Bayramov Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğın ilə əlaqədar başsağlığı diləklərini çatdırıb. Vəfat edən şəxslərə Allahdan rəhmət, doğmalarına səbr, yaralılara şəfa arzulayıb.

Azərbaycanın qardaş Türkiyə ilə bu çətin günlərdə həmrəy olduğu, kədərini bölüşdüyü diqqətə çatdırılıb, bir daha belə bir faciənin baş verməməsinə ümidvarlıq ifadə edilib. Ölkəmizin istənilən yardıma hazır olduğu diqqətə çatdırılıb.

Nazir Hakan Fidan başsağlığına, bu ağır gündə göstərilən dəstəyə görə təşəkkür edib.

Oxşar xəbərlər

Ceyhun Bayramov Hakan Fidana zəng vurub, Azərbaycanın istənilən yardıma hazır olduğunu bildirib
Azərbaycan və Özbəkistan XİN başçıları telefonla danışıb
Hakan Fidan: Türkiyə qardaş Azərbaycanla hər zaman həmrəydir
Özbəkistan XİN rəhbəri Ceyhun Bayramova zəng edib
Litvanın yeni xarici işlər naziri təyyarə qəzasına görə azərbaycanlı həmkarına başsağlığı verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər