Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və gələcək inkişaf pespektivləri müzakirə olunub
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
"Sizinxeber.az" xəbər verir ki, görüşdə Azərbaycan-İran əlaqələrinin mövcud vəziyyəti və gələcək inkişaf pespektivləri müzakirə olunub, o cümlədən iqtisadiyyat, nəqliyyat, energetika, ticarət, investisiya və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və həyata keçirilən birgə layihələrin önəmi vurğulanıb.
Görüşdə həmçinin, regional və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Şahin Mustafayev Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Dövlətlərarası Komissiyasının 16-cı iclasında iştirak etmək məqsədilə İranda səfərdədir.
Oxşar xəbərlər
Ceyhun Bayramov yeni iranlı həmkarı ilə regional məsələləri müzakirə edib
Azərbaycan və İran 16-cı birgə komissiyanın iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
İran Prezidenti Şahin Mustafayevi qəbul edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
