Gürcüstanda 20 Yanvar şəhidlərinin ailə üzvləri ziyarət edilib - FOTO
sizinxeber.az xəbər saytı

Gürcüstanda 20 Yanvar şəhidlərinin ailə üzvləri ziyarət edilib - FOTO


Gürcüstanın müxtəlif bölgələrində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, faciənin 35-ci ildönümü ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları 20 Yanvar şəhidlərinin Gürcüstanın Qardabani rayonunun Ağtəhlə, Bolnisi rayonunun Faxralı və Kvemo Bolnisi (Kəpənəkçi), Saqareco rayonunun Yor Muğanlı kəndlərində yaşayan ailə üzvlərini və yaxınlarını ziyarət ediblər.

Səfirlik tərəfindən şəhid ailələrinə və yaxınlarına ərzaq sovqatı təqdim edilib. Görüşlər zamanı Gürcüstan azərbaycanlılarının Azərbaycanın müstəqilliyi və suverenliyinin bərpası yolunda böyük fədakarlıqlar etdiyi vurğulanıb, 44 günlük Vətən Müharibəsində Gürcüstan əsilli azərbaycanlıların böyük qəhrəmanlıqlar nümayiş etdirdiyi, Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda soydaşlarımızın möhkəm həmrəylik göstərdikləri qeyd edilib.

Azərbaycan səfirliyinin nümayəndələri Azərbaycan dövlətinin hər zaman Gürcüstan azərbaycanlılarının qayğılarını diqqət mərkəzində saxladığını və onlara öz dəstəyini əsirgəmədiyini bildirib.

Qeyd edək ki, 20 Yanvar faciəsinin qurbanlarından 6-sı əslən Gürcüstandandır.

Oxşar xəbərlər

Gürcüstanda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - FOTO
Gürcüstanda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb - FOTO
“AzerGold” Daşkəsəndə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini və qaziləri ziyarət edib
“AzerGold” Zəfər Günü münasibətilə Daşkəsəndə Vətən müharibəsi şəhidlərinin ailələrini və qaziləri ziyarət edib
Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər göndərilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle