Azərbaycan və Gürcüstan Baş nazirləri yeni səfirlik binasının ərazisinə baxış keçiriblər - FOTO - YENİLƏNİB
Yanvarın 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanın ölkəmizdəki səfirliyinin yeni binasının tikintisi üçün Bakı şəhərində ayrılmış torpaq sahəsinə baxış keçiriblər.
Bu barədə Sizinxeber.az-ya Nazirlər Kabinetindən məlumat verilib.
Torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin göstərişinə uyğun olaraq Nazirlər Kabinetinin 2023-cü il tarixli Sərəncamı ilə ayrılıb. Torpaq sahəsi Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti ilə Bəşir Səfəroğlu küçəsinin kəsişməsində yerləşir.
13:23
Azərbaycan və Gürcüstanın baş nazirləri Bakıda Gürcüstanın yeni səfirlik binasının tikiləcəyi əraziyə baxış keçiriblər.
Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstan hökuməti yayıb.
Bildirilib ki, 3450 kv.m ərazini əhatə edəcək binanın tikintisinə yaxın vaxtlarda başlanılacaq.
Qeyd edilib ki, tikinti işlərinin aparılacağı torpaq sahəsi Gürcüstan hökumətinin nümayəndələrinə təhvil verilib.
Oxşar xəbərlər
Azərbaycan və Gürcüstan Baş nazirləri yeni səfirlik binasının ərazisinə baxış keçiriblər - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan Bakıda yeni səfirlik binası inşa edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kobaxidze Azərbaycana gəlir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İrakli Kobaxidze Azərbaycana səfərə gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











