Bakı Təşəbbüs Qrupu illik genişmiqyaslı hesabatını təqdim edib
Bakı Təşəbbüs Qrupu (BTQ) illik genişmiqyaslı hesabatını təqdim edib.
Sizinxeber.az xəbər verir ki, "Oğurlanmış firavanlıq: müstəmləkəçilik dənizaşırı ərazilərdə iqtisadi azadlığı necə boğub" adlı hesabatın təqdimatında bildirilib ki, sənəd kolonializm mövzusunun qloballığı və aktuallığı nəzərə alaraq hazırlanıb.
Hesabat müstəmləkəçilikdən əziyyət çəkən regionların cari çağırışları, sosial-iqtisadi və hüquqi problemlərini özündə əks etdirir.
Diqqətə çatdırılıb ki, hesabatın məqsədi mövzuya dair məlumatlılığı artırmaq, müzakirələrə start vermək və beynəlxalq ictimaiyyəti bu problemlərin həlli istiqamətində birgə fəaliyyətə təşviq etməkdir.
Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov qeyd edib ki, hesabatda müstəmləkəçilikdən əziyyət çəkən regionlarda ekoloji problemlər, iqtisadi inkişafın ləngidilməsi məsələlərinə xüsusi vurğu edilib.
Oxşar xəbərlər
Bakı Təşəbbüs Qrupu: Boneyra xalqının öz müqəddəratını təyin etmək hüququ təmin olunmalıdır
Abbas Abbasov: Müstəmləkəçiliklə yalnız beynəlxalq hüquq çərçivəsində mübarizənin tərəfdarıyıq
Abbas Abbasov: Bakı Təşəbbüs Qrupu bu il 17 beynəlxalq konfrans təşkil edib
Fond katibi: Bakı Təşəbbüs Qrupu müstəmləkə şəraitində yaşayan xalqların səsininin dünyaya çatdırılmasında mühüm işlər görür
BTQ-nin İcraçı direktoru: Fransanı müstəmləkələrdəki insanların haqlı tələblərini dinləməyə və onlara əməl etməyə çağırırıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













