İsveçrə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb - YENİLƏNİB
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində İsveçrə Konfederasiyasının Federal Xarici İşlər Nazirliyinin dövlət katibi Aleksandr Fasel ilə görüşüb.
Bu barədə "Sizinxeber.az"a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan və İsveçrə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, ATƏT çərçivəsində əməldaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.
İsveçrə tərəfi, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı əldə olunan irəliləyişlərə baxmayaraq, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını davam etdirməsinin sülh prosesinə maneə törətdiyi diqqətə çatdırılıb.
Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Xarici İşlər Federal Departamentinin dövlət katibi Aleksandr Fasel ilə görüşüb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında bildirilir.
Tərəflər Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində bir araya gəliblər.
Onlar iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Bundan başqa, münaqişədən sonrakı regional yenidənqurma və sülh gündəliyi barədə danışılıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov Annalena Berbok ilə Azərbaycanın sülh səylərini müzakirə edib - YENİLƏNİB
BMT-də Ermənistanın sürətli silahlanması diqqətə çatdırılıb - YENİLƏNİB
Ceyhun Bayramov: Ermənistanın sürətli hərbiləşməsi bölgədə dayanıqlı sülh quruculuğu prosesinə təhdiddir
Ceyhun Bayramov Türkiyənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Cənubi Qafqaz Baş İdarəsinin rəisi ilə görüşüb
Ceyhun Bayramov Finlandiya XİN başçısına ATƏT-in bir sıra təsisatlarının ləğvinin vacibliyini bildirib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezident məmurlara hansı tapşırıqları verib? — İclasın DETALLARI
-
Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
