Azərbaycan və Slovakiya XİN başçıları regional sülh səylərini müzakirə ediblər
sizinxeber.az xəbər saytı

Azərbaycan və Slovakiya XİN başçıları regional sülh səylərini müzakirə ediblər


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə naziri Yuray Blanar ilə görüşüb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında yazılıb.

    Görüş Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində baş tutub.

    Tərəflər iki ölkə arasında strateji tərəfdaşlıqdan məmnunluqlarını bildirərək, ikitərəfli və çoxtərəfli əlaqələri daha da dərinləşdirmə yollarını müzakirə ediblər.

    Münaqişə sonrası regional yenidənqurma və sülh səyləri, eləcə də minatəmizləmə fəaliyyəti də müzakirə olunub.

    Oxşar xəbərlər

    Azərbaycan və Slovakiya XİN rəhbərləri Maltada görüşüb
    Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB
    Azərbaycan və Yunanıstan XİN başçıları ikitərəfli və regional əməkdaşlıq məsələlərini müzakirə ediblər

    Ən son xəbərləri bizim

    "Facebook" səhifəmizdə izləyin

    Digər xəbərlər