Azərbaycan və Slovakiya XİN rəhbərləri Maltada görüşüb
sizinxeber.az xəbər saytı

Azərbaycan və Slovakiya XİN rəhbərləri Maltada görüşüb


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasının xarici işlər və Avropa məsələləri üzrə naziri Yuray Blanar ilə görüşüb.

APA xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Görüş Maltada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində baş tutub.

Tərəflər iki ölkə arasında strateji tərəfdaşlıqdan məmnunluqlarını bildirərək, ikitərəfli və çoxtərəfli əlaqələri daha da dərinləşdirmə yollarını müzakirə ediblər.

Münaqişə sonrası regional bərpa və sülh səyləri, eləcə də mina təmizləmə fəaliyyəti də müzakirə olunub.

Oxşar xəbərlər

Azərbaycan və Finlandiya XİN rəhbərləri Maltada görüşüb
Maltada ATƏT XİN Şurasının iclası keçirilir
Maltada ATƏT XİN Şurasının iclası başlayıb - VİDEO - YENİLƏNİB
Azərbaycan və Finlandiya XİN rəhbərləri Maltada görüşüb - YENİLƏNİB
Ceyhun Bayramov ilə Qazaxıstan XİN rəhbəri arasında telefon danışığı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər