Bakıda beynəlxalq vəkillik və diplomatiyanın rolu müzakirə olunub
Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” II beynəlxalq konfransı çərçivəsində “Beynəlxalq vəkillik və diplomatiyanın rolu” mövzusunda panel sessiyası keçirilib.
“Sizinxeber.az” xəbər verir ki, İspaniyanın Deusto Universitetinin professoru Susana Manqana azərbaycanlıların Ermənistandan qovulması ilə bağlı beynəlxalq arenada məlumatlılığın olmamasından söz açıb:
“Problem beynəlxalq ictimaiyyətin gündəminə gətirilməli, beynəlxalq təşkilatlar bu kimi məsələlərin həllinə dəstək göstərməlidir. Beynəlxalq ictimaiyyəti hərəkətə, ədalət əsaslı qərarların qəbuluna nail olmaq yolunda səy göstərməyə çağırıram”.
Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, deputat Zəfər Sırakaya bildirib ki, Türkiyə sülh danışıqları prosesinə öz dəstəyini göstərməyə davam edəcək:
"Cənubi Qafqazda sülh və sabitlik əldə olunmalıdır, bunun yollarından biri də qərbi azərbaycanlıların öz yurdlarına qayıdışının təmin edilməsidir. Qafqazın mövcud potensialının tam istifadəsi üçün sabitliyin təmini mütləqdir. İnanıram ki, Cənubi Qafqaz rifaha çatacaq. Türkiyə bunun üçün sülh danışıqları prosesinə öz dəstəyini göstərməyə davam edəcək”.
Xorvatiyanın İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı eksperti Krsevan Antun Duymoviç Xorvatiya və Azərbaycanın 1980-90-cı illərdə oxşar taleyi yaşadığını, etnik təmizləməyə məruz qaldığını deyib:
"Ermənilərin etdiklərini serblər bizə qarşı törədiblər. Beynəxalq ictimaiyyət Cənubi Qafqazda baş verənləri diqqətlə izləməlidir. Keçmiş məcburi köçkünlərin geri dönüş prosesi sürətləndirilməlidir".
Kommunikasiya strateqi və jurnalist Klaus Peter Ralf Yurgens vurğulayıb ki, Qərbi Azərbaycan İcmasının qaldırdığı məsələ Ermənistanın ərazi bütövlüyünə qarşı deyil:
"İcma yekun məqsədlərini bilməlidir. Qayıdış hüququnun təsir analizi aparılmalıdır".
O, COP29 kimi konfransın Azərbaycanın böyük uğuru olduğuna da diqqət çəkib:
"Bəzi insanlar Azərbaycan barədə neqativ fikirlər səsləndirirlər, lakin COP29 Azərbaycan üçün mükəmməl təqdimat vasitəsi oldu. COP29-dan sonra Azərbaycan pozitiv mirasını yaratmağa davam etməlidir".
Brüssel Enerji Klubunun baş nümayəndəsi Marat Terterov söyləyib ki, Azərbaycan digər postsovet ölkələri ilə müqayisədə inkişaf edib və yüksəliş mərhələsindədir.
"Azərbaycan çox çətin coğrafi mövqedə yerləşir. Regiondakı mövcud kənar qüvvələr həmişə Cənubi Qafqaz ölkələrinin mənafelərinə uyğun hərəkət etmirlər. Praktiki üsullarla qayıdış hüququnun gerçəkləşdirilməsi prosesi üzərində işləməliyik".
Sayad Həsənli
Gülər Seymurqızı
Oxşar xəbərlər
AK Partinin sədr müavini: Cənubi Qafqazda sülh və sabitlik əldə olunmalıdır
Qərbi Azərbaycan İcmasının təşkil etdiyi beynəlxalq konfransda daha bir panel keçirilib
Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququ mövzusunda panel keçirilib
İcma sədri: Ermənistan mədəni irsimizin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir
Mövlud Çavuşoğlu: Qərbi azərbaycanlıların tələbləri torpaq yox, insan haqları məsələsidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Prezident məmurlara hansı tapşırıqları verib? — İclasın DETALLARI
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
