Rusiya səfiri: Qarabağ məsələsi bağlıdır
Qarabağ məsələsi bağlıdır. Bu məsələ sentyabrda həll olunub.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov qəzetinə müsahibəsində deyib.
“Qarabağ məsələsi bağlanıb. Bütün bu illər ərzində Rusiya Qarabağ problemini sülh yolu ilə həll etmək üçün səylər göstərib. Təəssüf ki, alınmadı: bu mövzu sentyabrda güc əməliyyatı ilə bağlandı. Rusiya hər zaman bu məsələdə çox mühüm rol oynayır. Rusiya tərəflər arasında sülh müqaviləsi üzrə danışıqlarda maksimum dəstək verməyə hazırdır”, – diplomat vurğulayıb.
Bakı ilə İrəvan arasında sülh müqaviləsi layihələrinin mübadiləsinin həyata keçirildiyini xatırladan səfir Azərbaycanın təklifinin “tamamilə əsaslandırılmış”olduğunu vurğulayıb:
“İndi Ermənistan və Azərbaycan bilavasitə sülh müqavilələri layihələrini mübadilə edirlər. Azərbaycan tərəfinin təklif etdiyi şey, məncə, tamamilə əsaslandırılmış, bir qayda olaraq, tərəflər arasında sülh müqavilələrində mövcud olan standart müddəa və maddələrdir. Prinsipcə Bakının irəli sürdüyü təkliflərə əsasən, mənə elə gəlir ki, bu danışıqlar yetərincə tez başa çatdırıla bilər”.
Yevdokimov həmçinin Rusiyanın “Moskva platformasını” təqdim etməyə və s. məsələlərdə tərəflərə yardımçı olmağa hazır olduğunu söyləyib:
“Biz Moskva platformasını təqdim etməyə hazırıq, lazım gələrsə, ekspertizamızı, mətnlə bağlı məsləhətlərimizi verməyə hazırıq. Azərbaycanlı həmkarlarımızla çox yaxşı qarşılıqlı əlaqələrimiz var”.
Oxşar xəbərlər
Rusiya səfiri: "Qarabağ məsələsi bağlanıb" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Separatçıların məsələsi İrəvanla Bakının işidir - Rusiya [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya səfiri: Ermənistan Naxçıvana nəqliyyat dəhlizinin yaradılması ilə bağlı danışıqları ləngidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dmitri Peskov: Qarabağın mənsubiyyəti məsələsi həll olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Leonid Kalaşnikov: “Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması üçün əlverişli vəziyyət yaranıb” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












