Dmitri Peskov: Qarabağın mənsubiyyəti məsələsi həll olunub
Qarabağın mənsubiyyəti üzrə əsas məsələ həll olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib: “Qarabağın mənsubiyyəti üzrə əsas məsələ həll olunub, sülh sazişi istiqamətində ciddi irəliləyiş təmin edilib”. D.Peskov əlavə edib ki, Bakı və İrəvan sülh sazişinin imzalanmasında finiş xəttinə çıxa bilərlər.
Yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin Qarabağda nəqliyyat dəhlizlərinin açılmasına dair görüşünün keçiriləcəyi ilə bağlı sualı cavablandıran Kremlin nümayəndəsi deyib: “Hələ ki, bununla bağlı heç nə deyilmir. Təmasların fəallaşdırılması üzrə razılıq əldə edilib, lakin hələ konkret bir şey yoxdur”.
Oxşar xəbərlər
Peskov: “Azərbaycan və Ermənistan sülh müqaviləsini yekunlaşdırmağa hazırdırlar”
Peskov: "Putin və Paşinyan Aİİ və MDB sammitləri çərçivəsində danışıqlar apara biləcəklər"
Putinlə Lukaşenko bu tarixdə Soçidə görüşəcək
Separatçıların məsələsi İrəvanla Bakının işidir - Rusiya
Paşinyan yaxın vaxtlarda Azərbaycanla sülh sazişinin imzalanmasını çox real adlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













