Separatçıların məsələsi İrəvanla Bakının işidir - Rusiya
Qarabağdakı separatçıların “liderlər”inin həbsi ilə bağlı məsələ İrəvan ilə Bakı arasında həll olunmalıdır. Çünki saxlanılan şəxslər Ermənistan vətəndaşlarıdır.
sx.buludhost.com Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin qondarma qurumun keçmiş “rəhbər”lərinin Azərbaycan tərəfindən saxlanılması və Moskvanın konkret olaraq Ruben Vardanyanla bağlı nəsə tədbir görməyə hazır olub-olmaması ilə bağlı suala cavabında bildirib.
Nazir müavini qeyd edib ki, saxlanılan şəxslərin məsələsi Ermənistanla Azərbaycanın hakimiyyət orqanları arasında həll olunmalıdır:
“Ən ümumi şəkildə deyə bilərəm ki, söhbət ilk növbədə Ermənistan vətəndaşlarından və ya Rusiya vətəndaşlığından könüllü olaraq imtina etmiş şəxslərdən gedir. Ona görə də bu məsələlər ilk növbədə bu şəxslərin vətəndaşı olduqları Ermənistanla Azərbaycan Respublikasının hakimiyyət orqanları arasında həll olunmalıdır. Mən toxunmadığım vacib bir məqama da diqqətinizi çəkmək istəyirəm. Bu, o məqamdır ki, rəsmi İrəvan hansısa mərhələdə onun Qarabağ ermənilərinin taleyi ilə heç bir əlaqəsinin olmadığını və bununla bağlı bütün məsələlərin Qarabağın erməni nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında dialoq çərçivəsində həll edilməli olduğunu deməyə başladı. Çox təəssüf ki, bu baş verdi. Mən diqqətinizi buna cəlb edirəm”.
Oxşar xəbərlər
Bakıda saxlanılanlar bizim məsələmiz deyil – Zaxarova [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya: Zəngəzur dəhlizi açılmalıdır! [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dmitri Peskov: Qarabağın mənsubiyyəti məsələsi həll olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ruben Vardanyan ifadə verməyə başlayıb: Bir çox əcnəbi siyasətçi və nüfuzlu qurumun adları hallanır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Ermənistan tərəfində saxlanılan hərbçilər qarşılıqlı şəkildə azad ediliblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












