Rəsmi Bakı: Ermənistan konstitusiya dəyişikliyi etməyincə Azərbaycanın ərazi bütövlüyü barədə bəyanatların heç bir hüquqi əsası yoxdur
sizinxeber.az xəbər saytı

Rəsmi Bakı: Ermənistan konstitusiya dəyişikliyi etməyincə Azərbaycanın ərazi bütövlüyü barədə bəyanatların heç bir hüquqi əsası yoxdur


Ermənistan öz Konstitusiyasında dəyişikliklər edənə və bütün hüquqi və siyasi tələblərdən imtina edənə qədər Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur.

"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatlarına cavab olaraq "X"də yazıb.

O bildirib ki, tarixi faktları təhrif etməmək lazımdır: "1919-cu il Sülh Konfransına təqdim edilmiş xəritədə nümayiş olunan rayonlar məsələsinə gəldikdə (Baş nazir onları Ermənistanın Sünik, Vayots-Dzor vilayətləri kimi tam Azərbaycanın tərkibinə daxil etdiyi, həmçinin Ararat, Armavir, Geqarkunik, Qismən daxil olan Tavuş, Şirak, Lori vilayətləri adlandırıb) tarixi faktları təhrif etməməklə xatırlatmaq lazımdır. Bu bölgələrin rəsmi olaraq Ermənistanın tərkibinə daxil edildiyi tarixlər Azərbaycan xəritəsinin Antantaya təqdim edilməsindən xeyli sonradır: Sünik (Zəngəzur) – 30 noyabr 1920 və Vayots Dzor (Dərələyəz) – 10 avqust 1920. Sadalanan digər bölgələrə gəlincə, baş nazirin sözlərinə görə, onların hissələrinin çoxu dəyişdirilmiş inzibati bölgü ilə sovet Ermənistanına daxil edilmişdir ki, bu da bəzi hallarda 16 mart 1921-ci il tarixli Moskva müqaviləsi kimi beynəlxalq müqavilələri pozub".

A.Hacızadə diqqətə çatdırıb ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün parlamentdə guya Azərbaycan konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının olması fikrinin əsası yoxdur: “Paşinyan bununla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır”.

Oxşar xəbərlər

XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur
XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır
Ayxan Hacızadə Nikol Paşinyana cavab verib
Ayxan Hacızadədən Almaniya XİN-ə cavab: "Dağlıq Qarabağ" adlı heç bir bölgə və ya qurum yoxdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər