Bonayreli fəal: Bir neçə onillikdən sonra xalqımız mövcud olmaya bilər
Bu gedişlə bir neçə onillikdən sonra bizim xalq artıq mövcud olmayacaq.
"Sizinxeber.az" xəbər verir ki, bunu Bonayre İnsan Hüququları Təşkilatının nümayəndəsi Ceyms Finies "Yaşıl və dekolonizasiya olunmuş dünya naminə həmrəylik" şüarı ilə Niderlanda və Fransa müstəmləkəçiliyinə qarşı keçirilən aksiya zamanı jurnalistlərə açıqlamasında deyib.
O, Bonayrenin son dörd əsrdə müstəmləkə rejimi altında yaşamaq məcburiyyətində qaldığnı bildirib:
“Qaldırmaq istədiyimiz beynəlxalq məsələ budur ki, bizim 400 il ərzində bir azad günümüz olmayıb. Çünki bizim bu dünyada mövcudluğumuz tanınmır. Azərbaycanda olmağımızdan xoşbəxtik. Bakı Təşəbbüs Qrupu bizə əl uzatmasaydı, sizin də xəbəriniz olmadan bu dünyadan yox olacaqdıq”.
Onun sözlərinə görə, qarşılaşdıqları problemlər üzündən Bonayrenin yerli əhalisinin sayı xeyli azalıb:
"Biz kiçik ada ölkəsiyik, amma onlar bizi məhv etməyə çalışırlar. 2024-cü ildə yerli əhalinin nisbəti 30 faizdən aşağı düşüb. Bu gedişlə bir neçə onillikdən sonra bizim xalq artıq mövcud olmayacaq, siz burada heç vaxt bir bonairli görməyəcəksiniz.
Bu gün xalqımız yenidən ümidlənə bilər. Dünyada bizə önəm verən insanlar var. Çünki bu dünyada hamı kimi eyni hüquq və ləyaqətlə doğulmuşuq. Biz də sülh şəraitində yaşamağa, inkişaf etməyə layiqik”.
Oxşar xəbərlər
İnsan hüquqları fəalı: Boneyra xalqı ana dilində danışmaqdan məhrum edilib
Bakı Təşəbbüs Qrupu və Boneyra QHT-ləri arasında əməkdaşlıq sazişi imzalanıb
Boneyralı fəal: Səsimizi dünyaya çatdırmağa çalışırıq, əks təqdirdə yox olacağıq
Matai İsai Yudistrh Zamuel: Boneyranın gələcəyindən narahatıq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Milan" rəhbərliyi idarəetmə strukturunda dəyişikliklər planlaşdırır
-
İlham Əliyev Si Cinpinə başsağlığı verib
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
Rusiya ordusu Xarkova zərbələr endirib: ölənlər və yaralananlar var
