Ayxan Hacızadə: Ermənistana COP29-da iştirakla əlaqədar dəvət göndərilib, iştirak edib-etməmək onların öz seçimidir
sizinxeber.az xəbər saytı

Ayxan Hacızadə: Ermənistana COP29-da iştirakla əlaqədar dəvət göndərilib, iştirak edib-etməmək onların öz seçimidir


Azərbaycan Ermənistana COP29-da iştirakla əlaqədar dəvət göndərib. Lakin iştirak edib-etməmək onların öz seçimidir.

Sizinxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə deyib.

“Bildiyiniz kimi, burada əhəmiyyətli müzakirələr həyata keçirilir. İqlim dəyişikliyi dünyanı təhdid edən əsas problemlərdən birdir. 198 dövlət İqlim dəyişmələri üzrə BMT-nin çərçivə konvensiyasının üzvdür. Bu çərçivədə müvafiq olaraq sözügedən təhdidin aradan qaldırılması istiqamətində əhəmiyyətli müzakirələr davam etdirilir. Əhəmiyyətli müzakirələrə töhfə verilməsi hər bir üzv dövlətin əsas prioriteti olmalıdır. Biz Ermənistanın iştirak edib-etməməsi məsələsinə heç bir şərh vermirik. İştirak məsələsi onların öz seçimləridir”, - o qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan XİN rəhbəri: Ermənistanın COP29-da iştirak etməməsi itirilmiş fürsətdir
COP29-un baş danışıqçısı: Bütün ölkələr iqlim maliyyəsi məsələsində səylərini birləşdirməlidir
Azərbaycan Prezidenti: Ermənistan da COP-a dəvət edilib, iştirak edib-etməmək öz qərarlarıdır
Ayxan Hacızadə Klaara cavab verib
Elmi məsləhətçi: İqlim dəyişikliyi üzrə qlobal mübarizənin həlli COP29-da razılığın əldə edilməsindən asılıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər