Muxtar Babayev COP29 QHT Koalisiyasının üzvləri ilə görüşəcək
COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev COP29 QHT Koalisiyasının üzvləri ilə görüş dəvətimizə müsbət cavab verib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib.
Onun sözlərinə görə, bu koalisiyada Azərbaycandan cəmi 1 təşkilat var, o da çətir qurum olan Azərbaycan Milli QHT Forumudur: “Koalisiyadakı qalan üzvlərin hamısı 50 ölkədən olan 200-dən çox xarici QHT-dir. Onların içərisində yüzlərlə QHT-ni ətrafında birləşdirən xeyli çətir təşkilatlar da var. COP29 QHT Koalisiyası təxminən 1 ay öncə Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılıb. Artıq 3 dəfə dünyanın müxtəlif ölkələrindən və regionlarından olan QHT-lərlə hibrit görüşlər keçirmişik.
Görüşlərdə xarici QHT təmsilçiləri COP29-un müəyyən edilmiş Prezidenti ilə görüşmək və müzakirələr aparmaq barədə təklif irəli sürmüşdü. Apardığımız danışıqlar nəticə verdi, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev sentyabrın 10-da COP29 QHT Koalisiyasının üzvləri ilə hibrit formada internet üzərindən görüş keçirib sualları cavablandıracaq, müzakirələr aparacaq. Artıq bu barədə üzv təşkilatları məlumatlandırmağa başlamışıq.
COP29 QHT Koalisiyasına yüksək maraq var, açığı belə gözləmirdik, demək olar ki, hər gün Koalisiyaya qoşulmaq üçün [email protected] e-mail ünvanımıza müxtəlif ölkələrdən müraciətlər daxil olur. Bu Koalisiya çox səmərəlidir, nümunəvi inklüzivlik platformasıdır, burada COP-larda səsi gur gələn və COP-larda iştiraka imkanı çatmayan dünyanın ən müxtəlif bölgələrindən olan QHT-lər birgə qlobal diskussiyalara qatılır”.
Oxşar xəbərlər
43 ölkədən QHT-lər COP29-u müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 Təşkilat Komitəsinin tərkibindəki QHT-lərlə və ekspertlərlə görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 Azərbaycan Əməliyyat Şirkəti genişmiqyaslı təlim proqramı keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Serbiyanı COP29-a dəvət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












