Azərbaycan beynəlxalq axtarışda olan Tacikistan vətəndaşını ölkəsinə təhvil verib
Azərbaycan beynəlxalq axtarışda olan Tacikistan vətəndaşı 1962-ci il təvəllüdlü Cəlilov Bobocon Abduraximoviçi ölkəsinə təhvil verib.
Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sözügedən şəxsin təhvil verilməsi ilə bağlı Tacikistan Baş Prokurorluğunun vəsatətini Azərbaycan Baş Prokurorluğu təmin edib.
Məlumata görə, Tacikistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilən, barəsində beynəlxalq axtarış elan edilmiş Cəlilov Bobocon Abduraximoviç 2024-cü ilin may ayında Azərbaycanda saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
"O, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanına təhvil verilib", - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycan beynəlxalq axtarışda olan Tacikistan vətəndaşını təhvil verib
Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Rumıniya və Lüksemburqa təhvil verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
