Putin: “BRICS+” iştirakçıları beynəlxalq ictimaiyyəti ən çox narahat edən məsələləri nəzərdən keçirəcəklər
sizinxeber.az xəbər saytı

Putin: “BRICS+” iştirakçıları beynəlxalq ictimaiyyəti ən çox narahat edən məsələləri nəzərdən keçirəcəklər


Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatında ilk plenar iclasının iştirakçıları beynəlxalq ictimaiyyəti ən çox narahat edən məsələlərə diqqət yetirəcəklər.

"Sizinxeber.az"un Kazana ezam olunan əməkdaşının məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin sammitin ev sahibi kimi iclası açarkən deyib.

Onun sözlərinə görə, bu genişləndirilmiş format özünü yaxşı göstərib.

“Burada ümumi masada Avropa, Asiya, Afrika və Latın Amerikası dövlətləri təmsil olunur. Təklif olunan gündəliyə əsasən, biz beynəlxalq ictimaiyyəti ən çox narahat edən məsələləri, o cümlədən davamlı inkişaf, iqlim dəyişikliyinə uyğunlaşma, texnologiya və bilik mübadiləsi, terrorizmə və s. qarşı mübarizə məsələlərini nəzərdən keçirəcəyik”, - Rusiya Prezidenti bildirib.

Rusiya lideri münaqişə məsələlərinin nizamlanmasına, Yaxın Şərqdəki vəziyyətə xüsusi diqqət yetiriləcəyini vurğulayıb.

Oxşar xəbərlər

Putin "autriç"/"BRICS plus" formatındakı iclasda müzakirə olunacaq məsələləri açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya Prezidenti: BMT müasir reallıqlara uyğunlaşdırılmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti “BRICS+” formatında iştirak üçün Kazana səfər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin: Yaxın Şərq tammiqyaslı müharibənin astanasındadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin 34 ölkənin BRİCS-ə qoşulmaq istədiyini bəyan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər