Parisdə Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə konsert keçirilib
Fransanın paytaxtı Parisdə Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə konsert keçirilib.
"Sizinxeber.az"un yerli bürosu bildirir ki, tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, fransalı iş adamları, musiqiçilər, incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.
Tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva öz çıxışında 33 il bundan əvvəl müstəqilliyini bərpa edən Azərbaycanın bu gün müstəqil, suveren və sərhədlərini qoruya bilən dövlətə çevrildiyini bildirib. O Azərbaycandakı dünyəvilik dəyərlərindən, ölkənin regionda və ümumiyyətlə Avropada sülhün və stabilliyin qorunması naminə göstərdiyi səylərdən danışıb.
Konsertdə azərbaycanlı və fransız musiqiçilər tanınmış bəstəkar Oqtay Zülfüqarovun əsərlərini ifa ediblər.
Oxşar xəbərlər
Tahir Gözəl Azərbaycanın Bolqarıstan və Fransadakı səfirləri ilə görüşüb
“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis hərbçilərlə bağlı qərar qəbul edib
-
AFFA uşaq psixologiyası və motivasiya mövzusunda onlayn seminar təşkil edib
-
Moskvada Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib - FOTO
-
Oman sahillərində tanker atəşə tutulub
-
"AzerGold" qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb
-
Yevlaxda baba və nəvəsini avtomobil vurub, ölən var
