Abbas Abbasov: BTQ müstəmləkəçiliyə qarşı mübarizədə Afrika ilə əməkdaşlıq imkanlarını nəzərdən keçirir
Bakı Təşəbbüs Qrupu (BTQ) Afrika təşkilatları ilə müstəmləkəçiliyə qarşı mübarizədə əməkdaşlıq imkanlarını nəzərdən keçirir.
“Report” xəbər verir ki, bunu BTQ-nin icraçı direktoru Abbas Abbasov Bakıda keçirilən “Afrikada Fransanın neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Hazırda biz hələ də müstəmləkə zülmü altında olan regionların fəalları ilə əməkdaşlıq edirik. Siyasi partiyalar və qeyri-hökumət təşkilatları ilə memorandumlar imzalayırıq. Afrika ölkələrinin nümayəndələri, eləcə də Afrikada fəaliyyət göstərən beynəlxalq və qeyri-hökumət təşkilatları ilə oxşar sənədlərin imzalanması imkanını istisna etmirik", - o qeyd edib.
Oxşar xəbərlər
Abdarahman Von: Neokolonializmlə mübarizədə Azərbaycan kimi ölkələrlə birləşmək vacibdir
Abdarahman Von: Afrika ölkələri Fransanın müstəmləkəçilik siyasətinin əsas qurbanlarıdır
Bakı Təşəbbüs Qrupu "Müstəmləkəçiliyə qarşı mübarizədə ən kreativ ideya" adlı müsabiqəsi keçirir
Abbas Abbasov: Azərbaycan Prezidenti müstəmləkəçiliyə qarşı mübarizəyə dəstək verən nadir liderlərdən biridir
Abbas Abbasov: Fransa Mayot adasının işğalının beynəlxalq təşkilatlarda müzakirəsinə imkan vermir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













