Azərbaycanla AEBA arasında Çərçivə Proqramı imzalanıb
24 sentyabr 2024-cü il tarixində BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşüb.
XİN-dən APA-ya verilən xəbərə görə, tərəflər Azərbaycanla AEBA arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, hazırkı birgə layihələr və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Azərbaycanın nüvə təhlükəsizliyinin qorunmasına və daha da möhkəmləndirilməsinə böyük əhəmiyyət verdiyini və bu xüsusda beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində səyləri dəstəklədiyini bildirib.
AEBA-nın nüvə təhlükəsizliyi qaydaları və standartlarının işlənib hazırlanmasında əsas rol oynadığı qeyd edilib, habelə nüvə təhlükəsizliyi və nüvə enerjisinin dinc məqsədlər naminə istifadəsində AEBA-nın vacib roluna vurğu edilib.
AEBA-nın texniki əməkdaşlıq fəaliyyəti, xüsusilə də son illər ərzində kənd təsərrüfatı, tibb, neft-kimya və ətraf mühit sahələrində Azərbaycanla Agentlik arasında əlaqələrin praktiki əhəmiyyəti qeyd edilib.
Görüş zamanı Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi çərçivəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Eyni zamanda, tərəflər arasında Azərbaycan Respublikası ilə texniki əməkdaşlığı nəzərdə tutan 2024-2029-cu illər üzrə “Ölkə üzrə Çərçivə Proqramı”nın imzalanma mərasimi keçirilib.
Oxşar xəbərlər
AEBA missiyası Kursk AES-ə baş çəkəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
AEBA-nın baş direktoru: Azərbaycanla güclü əməkdaşlığımız davam edir, COP29-u gözləyirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











