Tatarıstan rəhbəri: Azərbaycanın bütün sahələrdəki uğurları bizi ürəkdən sevindirir
Tatarıstanla Azərbaycan arasında gözəl əlaqələr mövcuddur, bu əlaqələr inkişaf etməkdə və genişlənməkdə davam edir.
Bunu “Sizinxeber.az”un Rusiya bürosuna Rusiya Federasiyası Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanov deyib.
Rusiya Müsəlmanları Ruhani İdarəsinin VIII Qurultayında çıxışı zamanı o, Azərbaycanın bütün istiqamətlərdə - iqtisadiyyatda, tikintidə, modernləşmədə əldə etdiyi uğurlarına ürəkdən sevindiklərini bildirib.
Tatarıstan rəhbəri Azərbaycanın Qarabağ müharibəsində tarixi qələbəsini qeyd edib.
“Siz tarixi problemi həll etdiniz, torpaqlar Azərbaycana qayıtdı. Azərbaycan xalqının və Prezident İlham Əliyevin qələbəsi ölkənin yüksəliş yolunda olduğunu göstərir və biz əməkdaşlıqdan məmnunuq”, - R.Minnixanov söyləyib.
Oxşar xəbərlər
Tatarıstan Prezidenti: Azərbaycana səfərim zamanı Cəbrayıl, Qubadlı və Zəngilanın inkişaf tempinə heyran qaldım
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
