Türkiyə milli müdafiə nazirinin müavini: Azərbaycanla hərbi müttəffiqlik güclənərək davam edir
Bakının işğaldan azad edilməsi günü Azərbaycan-Türkiyə qardaşlığının əsas təməllərindəndir.
Bunu Türkiyənin milli müdafiə nazirinin müavini Şüay Alpay Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü ilə bağlı Ankarada keçirilən "Qafqaz İslam Ordusu və Ənvər Paşa" adlı tədbirdən sonra “Sizinxeber.az"un Ankara bürosuna açıqlamasında bildiriib.
Ş.Alpay əslən azərbaycanlı olduğunu, babası Gəncə üsyanının fəalı Qaçaq Məmmədqasımın 1920-ci ildə bolşeviklərə qarşı döyüşdüyünü qeyd edib.
Nazir müavini deyib ki, Bakının işğaldan azad edilməsi günü onun üçün də xüsusi əhəmiyyət kəsb edir: "15 sentyabr bizim üçün çox özəl və önəmli bir gündür. Azərbaycan-Türkiyə münasibətlərinin hazırda daha da möhkəmlənməsinin, müttəfiqlik səviyyəsinə gəlməsinin əsasını məhz bu cür tarixi günlər qoyub. Başda Məhəmməd Əmin Rəsulzadə, Ənvər Paşa, Nuru Paşa, eləcə də adını qürurla səsləndirdiyim babam Məmmədqasım olmaqla Azərbaycanın müstəqilliyi üçün həyatlarını fəda edən bütün qəhrəmanları rəhmətlə anıram”.
Ş.Alpay vurğulayıb ki, Türkiyə-Azərbaycan dostluğu, eləcə də hərbi müttəffiqliyi güclənərək davam edir:
“Tək niyyətimiz odur ki, Türkiyə-Azərbaycan dostluğu daimi və əbədi olsun. Bunun üçün əsaslı tarixi bilgilərə sahib olmaq önəmlidir. Mən iftixarla və inamla deyə bilərəm ki, sağlam əlaqələrə malik olan keçmişimizi gələcəyimizə daşıyan bilikli, məlumatlı, sağlam düşüncəli gənclərimiz var”.
Oxşar xəbərlər
Ankarada Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü qeyd olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar Azərbaycanı təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yüksək vəzifəyə təyin olunan general Hikmət Mirzəyev - DOSYE [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ərdoğan üç nazir müavinini vəzifəsindən azad edib, yeniləri təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












