Ayxan Hacızadə: Azərbaycandakı seçkilərlə bağlı Peter Stanonun qərəzli siyasi baxışı etibarsızdır
sizinxeber.az xəbər saytı

Ayxan Hacızadə: Azərbaycandakı seçkilərlə bağlı Peter Stanonun qərəzli siyasi baxışı etibarsızdır


Azərbaycanda növbədənkənar parlament seçkiləri ölkənin Konstitusiyasına və onun milli qanunlarına tam uyğun keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bunu Avropa İttifaqının seçkilərlə bağlı yaydığı məlumata cavab olaraq "X"də yazıb.

"Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun bu cür subyektiv iddiası və qərəzli siyasi baxışı ATƏT DTİHB-nin Azərbaycandakı seçkilərlə bağlı mənfi münasibətini təkrarlayır və etibarsızdır. Seçkilər ölkənin Konstitusiyasına və milli qanunlarına tam uyğun şəkildə keçirilib", - XİN rəsmisi vurğulayıb.

Qeyd edək ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano rəsmi "X" hesabında Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini tənqid edib.

Oxşar xəbərlər

Ayxan Hacızadə: Azərbaycanda növbədənkənar parlament seçkilər ölkənin Konstitusiyasına uyğun keçirilib
Azərbaycan XİN sözçüsü Peter Stanoya cavab verib
Ayxan Hacızadə: Avropa İttifaqının bir sıra institutları Azərbaycana qarşı təxribatlara son qoymalıdır
Ayxan Hacızadə Klaara cavab verib
Piter Stano: “Aİ Bakı ilə İrəvan arasında sülh prosesinə sadiq qalır”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər