Azərbaycanın Fransadakı səfirliyi katolik icması ilə həmrəy olduğunu bildirib
sizinxeber.az xəbər saytı

Azərbaycanın Fransadakı səfirliyi katolik icması ilə həmrəy olduğunu bildirib


Azərbaycanın Fransadakı səfirliyi Sent Omer şəhərində yerləşən kilsədə baş vermiş güclü yanğınla əlaqədar katolik icması ilə həmrəy olduğunu bildirib.

“Sizinxeber.az”un məlumatına görə, bu barədə diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki hesabında bildirilib.

“Azərbaycan səfirliyi Sent Omer şəhərindəki kilsədə baş verən yanğınla əlaqədar katolik icması ilə həmrəy olduğunu bildirir. Çoxkonfessiyalı və çoxmillətli ölkə olaraq dini irsin qorunmasına xüsusi önəm veririk”, - paylaşımda qeyd olunub.

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər