Azərbaycan XİN başçısı: Ermənistanın silahlandırılması bölgə üçün əlavə təhdid mənbəyidir
Ermənistanın silahlandırılması bölgə üçün əlavə təhdid mənbəyidir.
“Sizinxeber.az”un Ankara bürosunun verdiyi xəbərə görə, bunu Türkiyədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov həmkarı Hakan Fidanla keçirilən birgə mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfinin Ermənistana təqdim etdiyi sülh sazişi layihəsindən sonra danışıqlar prosesində müsbət dinamikalar müşahidə olunsa da, Ermənistanın konstitusiyasında və bir çox normativ hüquqi aktlarda Azərbaycana qarşı ərazi iddiaları qüvvədə qalır: "Qarabağ zəfəri Cənubi Qafqazda yeni reallıqlar və imkanlar yaratdı. Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, bölgədə davamlı və dayanıqlı sülhün təmin edilməsi üçün tarixi imkanlar mövcuddur. Məhz bundan irəli gələrək Azərbaycan tərəfi Ermənistana sülh sazişi layihəsini təqdim etdi. Sülh sazişinin beş baza prinsipi Azərbaycan tərəfindən irəli sürülsə də, amma bu da sirr deyil ki, Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları mövcuddur”.
C.Bayramov həmçinin deyib ki, son zamanlar Ermənistan silahlanır və onu buna sürükləyən üçüncü ölkələr var: "Müşahidə olunan bu tendensiya narahatlıq doğurur. Bu yanlış siyasət bölgə üçün əlavə təhdid mənbəyi hesab oluna bilər. Əlbəttə, Azərbaycan prosesləri izləyir və bu da Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçirilir”.
Oxşar xəbərlər
Nazir: Sülh sazisinin başa çatdırılması üçün əsas əngəl Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov: Azərbaycan-Türkiyə münasibətləri bölgəyə sülh, sabitlik, əmin-amanlıq gətirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəsmi Bakı Ermənistanın sülh sazişi ilə bağlı təkliflərinə cavab hazırlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan XİN başçısı: Ermənistanın bəzi dövlətlər tərəfindən silahlandırılması sülh prosesinə təhdiddir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan lideri Ermənistan qarşısında yeni şərt irəli sürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












