Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər - YENİLƏNİB


Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddə avqustun 22-də Müstəqillik abidəsini ziyarət ediblər.

"Sizinxeber.az" xəbər verir ki, dövlət başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.

Məlumat verildi ki, Özbəkistanın müstəqilliyinin 30 illiyi münasibətilə ucaldılan abidə özbək xalqının üç min illik tarixini əks etdirir. Yeni abidə paytaxt yaxınlığında yerləşən, ölkənin müstəqilliyinin ildönümünə həsr olunan “Yangi Uzbekiston” (“Yeni Özbəkistan”) kompleksinin mərkəzində yerləşir. Altmış metr hündürlüyündə abidə görkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti ilə əlamətdar olan dövrü əks etdirir.

Abidənin üzərində Özbəkistan tarixində qədim vaxtlardan müasir dövrədək baş verən mühüm hadisələr təsvir edilib. Kompleksdə əsasən sərkərdə və döyüşçülərin, alim və mütəfəkkirlərin, maarifçilərin obrazları əks olunub. Müstəqillik abidəsini sülhü, azadlığı, xeyirxahlığı və xoşbəxtliyi tərənnüm edən, qanadları geniş açılmış Humay quşunun obrazı tamamlayır.

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva burada xatirə şəkli çəkdirdilər.

16:12

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər.

Sizinxeber.az xəbər verir ki, dövlət başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoyub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident, birinci xanım və Leyla Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev, Mehriban Əliyeva və Leyla Əliyeva Daşkənddə Müstəqillik abidəsini ziyarət ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər