Səfir: Almaniya Azərbaycanı COP29 sədri kimi ilk gündən dəstəkləyib
Almaniya Azərbaycanı COP29 sədri kimi ilk gündən dəstəkləyib.
Sizinxeber.az xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman Almaniyanın Birlik Gününə həsr olunmuş tədbirdə deyib.
"Biz Azərbaycanı bu prosesdə ilk gündən dəstəkləyirik, çünki biz bu tədbiri, burada hədəflərə nail olmağı planetimiz üçün bir fürsət kimi görürük. COP29-un bir uğuta çevrilməsi Almaniyanın marağındadır", deyə səfir bildirib.
Diplomat deyib ki, Almaniya yaşıl enerji keçidini, yaşıl iqtisadiyyatı dəstəkləyir və bu istiqamətdə fəal addımlar atır: "COP29 həm də Azərbaycanla Ermənistan arasında sülh prosesi ilə bağlı olub və bu, ümidvericidir. Azərbaycan və Ermənistan heç vaxt olmadığı qədər sülhə yaxındır, Almaniya bu prosesdə hər iki ölkəni dəstəkləyir. Biz inanırıq ki, Cənubi Qafqazda yaxın gəlcəkdə sülh bərqərar olacaq və Almaniya olaraq prosesə töhvə verməyə hazırıq".
Oxşar xəbərlər
Almaniya XİN başçısı: Ukrayna məğlub olarsa, növbə Moldovanın olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paşinyan: Ermənistan Azərbaycanı COP29-a qədər sülh sazişinin razılaşdırılmış maddələrini imzalamağa dəvət edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
IPCC sədri Azərbaycanı COP29-a ev sahibliyi etməsi münasibətilə təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
AEBA-nın baş direktoru: Azərbaycanla güclü əməkdaşlığımız davam edir, COP29-u gözləyirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanın yeni səfiri: Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməyə çalışacağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












