İcma: “Bakıda saxlanılan ermənilərin azad edilməsi” çağırışları qeyri-səmimilikdən başqa bir şey deyil
sizinxeber.az xəbər saytı

İcma: “Bakıda saxlanılan ermənilərin azad edilməsi” çağırışları qeyri-səmimilikdən başqa bir şey deyil


Bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP29 yaxınlaşdıqca Ermənistanda bəzi dairələr, erməni diasporu, Qərb ölkələrində Luis Okampo kimi irqçilər “Bakıda saxlanılan ermənilərin azad edilməsi” ilə bağlı hay-küy kampaniyasına başlamışlar.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Bəyanatda, həmçinin qeyd olunub: "Özünü “tolerant” hesab edən Ermənistan cəmiyyəti, insan hüquqlarından, dəyərlərdən dəm vuran həmin dairələr, ilk növbədə, Ermənistan hakimiyyətinə 30 il ərzində Azərbaycan ərazilərini nə üçün işğal altında saxladıqları barədə sual verməli, işğala görə üzr istəməyi tələb etməli, bununla bağlı ictimai müzakirələrə başlamalı, 4000-ə qədər azərbaycanlı itkinin taleyinin müəyyənləşdirilməsinə çağırmalıdırlar.

Açıq internet resurslarında Ermənistan ordusunun xüsusilə birinci Qarabağ müharibəsində mülki azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri əks etdirən çoxlu foto və videolar var. Erməni cəmiyyəti ilk növbədə öz hakimiyyətindən, “müstəqil məhkəmə sistemi”ndən həmin hərbçilərin, sahə komandirlərinin cəzalandırılmasını tələb etməliydi.

Bütün bunların baş vermədiyi təqdirdə, “Bakıda saxlanılan ermənilərin azad edilməsi” çağırışları qeyri-səmimilikdən, cığallıqdan, milli müstəsnalığın təbliğindən, COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi edəcək Azərbaycana qarşı çirkin təbliğatdan başqa bir şey deyil".

Oxşar xəbərlər

İcma erməni diasporunun və onun muzdlu xidmətçisi Okamponun əməllərini pisləyib
İcma: Ermənistan azərbaycanlılara qarşı irqi ayrı-seçkiliyi davam etdirir
İcma: Ermənistan Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışına şərait yaratmalıdır
İcma: Qərb dövlətləri azərbaycanlıların qayıdış hüququ mövzusundakı ayrı-seçkiliyə son qoymalıdır
İcma: Ermənistan son vaxtlar seçdiyi təhlükəli xətdən imtina etməlidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər