Prezident İlham Əliyev Qətər Əmirinə zəng edib
sizinxeber.az xəbər saytı

Prezident İlham Əliyev Qətər Əmirinə zəng edib


Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Əl Taniyə zəng edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı bir müddət əvvəl Azərbaycan, Türkiyə, Qətər və Suriyanın birgə əməkdaşlığı nəticəsində Azərbaycan qazının Suriyaya çatdırılması layihəsinin önəmi vurğulanıb, bunun həyata keçirilməsində Qətərin maliyyə dəstəyi xüsusilə qeyd edilib.

Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının və digər sənədlərin regionda davamlı sülhün, sabitliyin təmin olunması baxımından əhəmiyyətinə toxunulub.

Bu nailiyyətlərin əldə edilməsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın rolu qeyd edilib. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat bağlantısı üzrə əldə olunmuş razılaşmanın Orta Dəhlizin yükaşırma qabiliyyətinə gələcəkdə müsbət təsir göstərəcəyini də vurğulayıb.

Dövlət başçısı Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə verdiyi dəstəyə görə Qətər Əmirinə təşəkkürünü bildirib.

Şeyx Təmim bin Həməd Əl Tani sülh gündəliyinin irəli aparılmasında göstərdiyi liderlik və əldə olunmuş tarixi nəticələr ilə bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Azərbaycan Prezidenti Qətər Əmirini ölkəmizə səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.

Oxşar xəbərlər

Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri il
Prezident Qətər Əmiri ilə Azərbaycan qazının Suriyaya çatdırılmasını müzakirə edib
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova zəng edib
Prezident İlham Əliyev Şahbaz Şərifə zəng edib
İordaniyanın Kralı Prezident İlham Əliyevə zəng edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle