İlham Əliyevin Nikol Paşinyanla təkbətək formatda görüşünə fasilə verilib - YENİLƏNİB-2 - VİDEO
İlham Əliyevin Nikol Paşinyanla təkbətək formatda görüşünə fasilə verilib - YENİLƏNİB-2 - VİDEO
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşünə fasilə verilib.
Bu barədə "Report"un Əbu-Dabiyə ezam olunmuş əməkdaşı məlumat verir.
Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla təkbətək formatda görüşü keçirilir.
Bu barədə "Report"un Əbu-Dabiyə ezam olunmuş əməkdaşı məlumat verir.
Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü başlayıb.
Məlumatı "Report"un Əbu-Dabiyə ezam olunmuş əməkdaşı verir.
Görüşdə həmçinin Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Ermənistan tərəfdən isə xarici işlər naziri Ararat Mirzoyan və digər rəsmi şəxslər iştirak ediblər.