Azərbaycan və Türkmənistan XİN başçıları qarşılıqlı ticarət həcminin artırılmasını müzakirə ediblər
sizinxeber.az xəbər saytı

Azərbaycan və Türkmənistan XİN başçıları qarşılıqlı ticarət həcminin artırılmasını müzakirə ediblər


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə toplantısı çərçivəsində Türkmənistan Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

Bu barədə "Sizinxeber.az" Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.

Bildirilib ki, görüş zamanı Azərbaycan və Türkmənistan arasında yüksək səviyyəli qarşılıqlı səfərlər və təmasların ikitərəfli əlaqələrimizin daha da inkişafında rolu və əhəmiyyətindən bəhs olunub.

Regional təhlükəsizlik məsələləri, beynəlxalq təşkilatlar çərçivəsində, habelə Xəzər dənizi üzrə əməkdaşlıq mövzuları müzakirə olunub.

İqtisadiyyat, ticarət, energetika, nəqliyyat, humanitar və mədəniyyət sahələri üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.

Xalqlarımız arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin bundan sonra Azərbaycan ilə Türkmənistan arasında tərəfdaşlıq münasibətləri zəminində daha da inkişaf edəcəyinə dair həmfikirlik ifadə olunub.

Görüş zamanı habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Azərbaycan-Türkmənistan əməkdaşlığının hazırki vəziyyəti müzakirə olunub
Azərbaycan və Türkmənistan XİN başçıları Xəzər dənizi üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər
Ceyhun Bayramov Türkmənistan xarici işlər naziri ilə telefon danışığı aparıb
Azərbaycanla Moldova arasında ikitərəfli münasibətlər müzakirə olunub
Azərbaycan və Monteneqro XİN başçıları regional məsələləri müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle