Özbəkistan ECO-nun Əfqanıstanda biznes forumunun keçirilməsini təklif edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
02 
iy
2025
13:30

Özbəkistan ECO-nun Əfqanıstanda biznes forumunun keçirilməsini təklif edib

02 iy, 2025
13:30
281

Özbəkistan ECO-nun Əfqanıstanda biznes forumunun keçirilməsini təklif edib

Özbəkistan Ticarət-Sənaye Palatasının sədri Davron Vahabov İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələr arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün Əfqanıstanda biznes forumun keçirilməsini təklif edib.

"Sizinxeber.az"un müxbirinin məlumatına görə, o bunu Şuşa şəhərində keçirilən ECO-nun altıncı biznes forumunda bildirib.

Onun sözlərinə görə, Əfqanıstanla əməkdaşlığın böyük perspektivləri var. "Mən özüm Əfqanıstanın bir neçə şəhərini ziyarət etmişəm və əminəm ki, orada bu təşəbbüsü uğurla həyata keçirmək mümkündür", - deyə o qeyd edib.

"Özbəkistan üçün ECO sadəcə iqtisadi platforma deyil, həm də ümumi tarix, mədəniyyət, din, eləcə də oxşar adət və ənənələrlə birləşmiş tarixi yaxın, qardaş xalqların qarşılıqlı əlaqə məkanıdır. Özbəkistan ECO-nu öz xarici iqtisadi siyasətinin prioritet istiqaməti hesab edir və təşkilat çərçivəsində əməkdaşlığın bütün formalarının - ticarətdən və investisiyalardan tutmuş elm, texnologiya, ekologiya və humanitar təşəbbüslərə qədər daha da gücləndirilməsinin tərəfdarıdır", - deyə Vahabov vurğulayıb.

Bundan əlavə, Vahabov birgə istehsalat infrastruktur layihələrinin dəstəklənməsi üçün İƏT investisiya fondunun yaradılmasını da təklif edib.

Onun fikrincə, bu fond sənaye zonaları, logistika mərkəzləri və emal müəssisələrinin işə salınması üçün maliyyələşdirmə aləti ola bilər.

Bizimlə əlaqə saxlayın