

Özbəkistan TDT çərçivəsində investisiya forumu və logistika konfransı keçirməyi təklif edir
Özbəkistan Türk İnvestisiya Forumunun təşkil edilməsini və birinci iclasın öz ərazisində keçirilməsini təklif edib.
“Report”un Bişkekə ezam olunmuş müxbiri xəbər verir ki, bu təşəbbüslə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının XI Zirvə görüşündə çıxış edib.
"Təşkilatımız çərçivəsində maliyyə alətlərinin tətbiqinə böyük diqqət yetirməliyik. Türk İnvestisiya Fondunun işinin aktivləşdirilməsi, təşəbbüsümüzlə Türk İnkişaf Bankının yaradılması məsələlərinin nəzərdən keçirilməsini vacib hesab edirik. Regional əhəmiyyətli layihələrə beynəlxalq maliyyə institutlarının və xarici investisiya şirkətlərinin cəlb edilməsi də aktualdır. Bununla əlaqədar ilk iclasını Özbəkistanda keçirməyə hazır olduğumuz Türk İnvestisiya Forumunun təşkil edilməsini təklif edirik", - o bildirib.
Özbəkistan liderinin sözlərinə görə, TDT çərçivəsində nəqliyyat dəhlizlərindən səmərəli istifadə də prioritet məsələlərdən biridir.
"Orta Dəhliz üzrə tranzit tariflərinin optimallaşdırılması, sərhəd keçid proseslərinin sadələşdirilməsi, müasir logistika sistemlərinin və birgə operatorların yaradılması ümumi maraqlarımıza tam cavab verir. Təşkilat çərçivəsində daşımalarda elektron sənəd dövriyyəsinə keçid və onların qarşılıqlı tanınması haqqında çoxtərəfli sazişin imzalanmasına çağırırıq", - Ş.Mirziyoyev vurğulayıb.
O, bütün bu aktual məsələlərin biznes nümayəndələrinin iştirakı ilə ətraflı müzakirə edilməsi üçün Türk Dövlətlərinin Logistika Mərkəzləri və Yük Daşıyıcıları Alyansı ilə birlikdə Beynəlxalq Logistika Konfransının keçirilməsini təklif edib.
Oxşar xəbərlər
Türk İnvestisiya Fondu artıq fəaliyyətə başlayıb
Prezident: “Azərbaycan Türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub”
Özbəkistan dövlət başçısı İlham Əliyevə Azərbaycanda COP29-un uğurla keçirilməsini arzulayıb
İlham Əliyev Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun kapitalının artırılmasının zəruriliyini bildirib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təsis edilməsindən 12 il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmamoğluya qarşı əməliyyatın səbəbi: milyonlar sayılır - Video
-
Lənkəranda məktəblilər Novruz bayramını coşqu ilə qeyd etdilər
-
Ağdərənin Suqovuşan kəndində yaşayış kompleksi istifadəyə verilib, sakinlərə evlərin açarları təqdim olunub
-
ABB bu il rekord məbləğdə, 200 milyon manat dividend ödəyəcək - MÜSAHİBƏ
-
Bakı-Qazax yolunda maşın kanala aşıb - FOTO
-
Fərid Məmmədov: Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi məhz Bir ekosistemidir - MÜSAHİBƏ
