Azərbaycanın BMT-dəki daimi nümayəndəsi: Mina təhlükəsi ilə mübarizədə beynəlxalq dəstəyə ehtiyac var
İndiyədək işğaldan azad olunmuş ərazilərdə aşkarlanmış 25 kütləvi məzarlıqdan 179 nəfərin qalıqları müəyyən olunaraq ailələrinə təhvil verilib.
“Sizinxeber.az”un ABŞ bürosu xəbər verir ki, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi, səfir Tofiq Musayev BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib.
“Bu məzarlıqlar təkcə keçmişin izləri deyil, onlar törədilmiş vəhşiliklərin danılmaz sübutudur. Cəzasızlıq davam etdikcə, nə ədalət, nə də dayanıqlı barış mümkündür”, - səfir qeyd edib.
O, 1980-ci illərin sonlarında Ermənistandan Azərbaycana sığınan 300 minə yaxın azərbaycanlının taleyinə toxunub: “Bu insanlar etnik kimliklərinə görə ya qətlə yetirildi, ya da şikəst edildi. Bu cəzasızlıq 1990-cı illərdən bu günə qədər davam edən daha genişmiqyaslı vəhşiliklərə yol açdı”.
T.Musayev əlavə edib ki, həmin vəhşiliklər nəticəsində on minlərlə mülki azərbaycanlı həyatını itirib, genişmiqyaslı etnik təmizləmə aparılıb, Azərbaycanın tarixi və mədəni irsi sistemli şəkildə məhv edilib: “Münaqişə başa çatsa da, qaçqınların doğma yurdlarına dönüşü hələ də mümkün deyil. Səbəb ərazilərin minalarla və partlamamış hərbi sursatlarla çirkləndirilməsidir. Hətta qəbiristanlıqlar və mədəni abidələrin ətrafı belə minalanıb”.
O bildirib ki, mina təhlükəsi təkcə humanitar deyil, həm də hüquqi və siyasi məsuliyyət tələb edən bir məsələdir və beynəlxalq ictimaiyyətin dəstəyi vacibdir.
Diplomat çıxışında, həmçinin 4 minə yaxın itkin azərbaycanlının taleyinin hələ də naməlum olduğunu qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi türkiyəli həmkarı ilə görüşüb
Azərbaycan BMT-dəki nümayəndəsi zimbabveli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Tofiq Musayev: Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələrdən biridir
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi QH-nin nazirlər görüşünü uqandalı həmkarı ilə müzakirə edib
Azərbaycanın BMT-dəki nümayəndəsi Ermənistanın cinayətlərindən bəhs edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
