Azərbaycan və Özbəkistan turistlər üçün viza prosedurlarını sadələşdirə bilər
sizinxeber.az xəbər saytı

Azərbaycan və Özbəkistan turistlər üçün viza prosedurlarını sadələşdirə bilər


Azərbaycan və Özbəkistan mədəniyyət, turizm və səhiyyə sahələrində parlamentlərarası əməkdaşlığın inkişafını müzakirə ediblər.

"Report" xəbər verir ki, müzakirələr Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumunun dördüncü panel sessiyası çərçivəsində keçirilib.

Parlamentarilər mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərini, o cümlədən mədəni mübadilələrin təşkili, sərgilərin keçirilməsi, birgə mədəniyyət mərkəzlərinin yaradılması, tarixi irsin qorunması, özbək və Azərbaycan dillərinin öyrənilməsinin təşviqini ətraflı müzakirə ediblər.

Sessiyanın ikinci hissəsində xüsusi diqqət turizmə yönəldilib. Parlamentlərarası qarşılıqlı fəaliyyətin yeni istiqamətlərindən biri kimi iştirakçılar viza prosedurlarının sadələşdirilməsinə, tarixi-mədəni və ekoloji turizmin inkişafına, investisiyaların cəlb edilməsinə və birgə turizm brendlərinin formalaşdırılmasına yönəlmiş təşəbbüslər irəli sürüblər.

Sessiyanın yekun bloku səhiyyəyə həsr olunub. Tibbi kadrların hazırlanmasında, elmi tədqiqat və texnologiyaların mübadiləsində, yoluxucu xəstəliklərin profilaktikasında, kənd yerlərində ilkin tibbi yardıma çıxışın genişləndirilməsində və sağlam həyat tərzinin təbliğində əməkdaşlığın dərinləşdirilməsi üzrə tədbirlər müzakirə edilib. Bundan əlavə, sağlamlıq imkanları məhdud olan insanlar üçün inklüziv tibbi və mədəni xidmətlərin yaradılması, idman-reabilitasiya mərkəzlərinin inkişafı üzrə təkliflər səsləndirilib.

Oxşar xəbərlər

Azərbaycan Özbəkistanla turizm sahəsində əməkdaşlığı genişləndirmək istəyir
Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası forumunun keçiriləcəyi tarix və yer açıqlanıb
Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Rəssamlıq Akademiyası arasında memorandum imzalanıb
Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığın inkişafı üzrə "yol xəritəsi" imzalayıblar
Sahibə Qafarova Xivədə Özbəkistan-Azərbaycan parlamentlərarası forumunda iştirak edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər