Qvadelup təmsilçisi: Fransanın bizim adada yürütdüyü müstəmləkə siyasəti mürəkkəb mexanizmə əsaslanıb
Qvadelupu Afrikanın cənubunda yerləşən sərvət olaraq görürlər.
“Report” xəbər verir ki, bunu aqronom-mühəndis, “Sanatan Dharma Samaj” təşkilatının prezidenti Elie Shitalou iyunun 25-də Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı beynəlxalq tematik konfrans çərçivəsində baş tutan “Müstəmləkəçilik və dekolonizasiya dövründə mənəvi aspektlər” mövzusunda beşinci panel sessiyasında deyib.
O, Qvadelupun tarixində dərin müstəmləkəçilik siyasətinin həyata keçirildiyini vurğulayıb:
“Qvadelup unikal ölkədir. Oranı daha çox Afrikanın cənubunda yerləşən sərvət olaraq görürlər. Çünki o, almaz kimi parlayır. Ölkə ərazi baxımından nə qədər kiçik olsa, dəyəri bir o qədər böyük olur. Qvadelupun tarixində dərin müstəmləkəçilik siyasəti həyata keçirilib, insanlar qul kimi çalışdırılıb”.
Çıxışçı bildirib ki, Fransanın Qvadelupda həyata keçirdiyi müstəmləkə siyasəti çox mürəkkəb mexanizmə əsaslanıb:
“Çünki onlar təkcə infrastrukturu dağıtmırdılar, eyni zamanda, insanların düşüncəsini də dəyişməyə çalışır, əhalini dilindən və dinindən uzaqlaşdırırdılar. Xristian olmayanları barbar kimi görürdülər”.
Oxşar xəbərlər
Abbas Abbasov: Qvadelupun müstəqilliyinə beynəlxalq hüquq çərçivəsində nail olunmalıdır
Bakıda Qvadelupun dekolonizasiyası ilə bağlı konfrans keçiriləcək
Qvadelup Beynəlxalq Cəbhəsi: Biz Azərbaycanla birlikdə ədalət axtarışındayıq
Qvadelup nümayəndəsi: Azərbaycan və BTQ xalqların müstəmləkə irsindən azad olunmasında xüsusi rol oynayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
