Qvadelup Beynəlxalq Cəbhəsi: Biz Azərbaycanla birlikdə ədalət axtarışındayıq
Fransa Qvadelup ərazisində müstəmləkəçiliyin yaranmasının günahkarıdır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Qvadelupun Dekolonizasiyası üzrə Beynəlxalq Cəbhənin katibi Joze Marten Jan-Pyer Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı konfransda bildirib.
Onun sözlərinə görə, müstəmləkə zülmü yerli əhalinin böyük əzablar çəkməsinə səbəb olub.
"Sərvətlərimizi əlimizdən aldılar, çox qan töküldü, çox insan həlak oldu. Bir çoxları bizi yaşamağa məcbur etdikləri iqlim şəraitinə tab gətirmədilər. Buna baxmayaraq, qadınlarımız və uşaqlarımız qürurla mübarizə apardılar - onların cəsarəti bizim silahımız oldu", - o qeyd edib.
Jan-Pyer vurğulayıb ki, Qvadelup xalqı köləliyə və müstəmləkə siyasətinin davam etdirilməsinə qətiyyətlə "yox" deyir.
"Biz Azərbaycanla birlikdə ədalət axtarışındayıq. Nümayiş etdirdikləri həmrəyliyə görə Bakı Təşəbbüs Qrupuna (BTQ) və Azərbaycan xalqına dərin minnətdarlığımızı bildiririk", - o əlavə edib.
Oxşar xəbərlər
Jan-Jakob Bisep: Biz müstəmləkə irsindən xilas olmaq əzmindəyik
Abbas Abbasov: Qvadelupun müstəqilliyinə beynəlxalq hüquq çərçivəsində nail olunmalıdır
Bakıda Qvadelupun dekolonizasiyası ilə bağlı konfrans keçiriləcək
Joze Marten Jan-Pyer: Fransa öz dənizaşırı ərazilərində təbii fəlakətlərə məhəl qoymur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
