Qvadelup nümayəndəsi: Azərbaycan və BTQ xalqların müstəmləkə irsindən azad olunmasında xüsusi rol oynayır
Azərbaycanın və Bakı Təşəbbüs Qrupunun (BTQ) dekolonizasiya işində rolu müstəmləkə irsindən azad olmağa can atan xalqlar üçün xüsusi əhəmiyyət kəsb edir.
“Sizinxeber.az”un məlumatına görə, bunu Qvadelup Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi Joze Marten Jan-Pyer Bakıda keçirilən “Qvadelupun dekolonizasiyasına doğru: problemlər və perspektivlər” adlı konfrans çərçivəsində jurnalistlərə bildirib.
"Əsas məqsədimizə - Fransanın müstəmləkə dünyasından çıxmağa nail olmaq üçün bizə bu işdə kömək edə biləcək bütün azadlıqsevər xalqlarla əməkdaşlıq edirik. Azərbaycan və Bakı Təşəbbüs Qrupu bu yolda əsas tərəfdaşlarımız olub", - o qeyd edib.
Katibin sözlərinə görə, tarix boyu Fransa öz müstəmləkəçilik siyasəti haqqında həqiqətləri gizlətməyə və onun dənizaşırı ərazilərində baş verənlər barədə beynəlxalq məlumatlılıq səviyyəsini məhdudlaşdıraraq vəziyyət üzərində nəzarəti qoruyub saxlamağa çalışıb.
"Bizim yaşadığımız bir çox hadisələr dünya ictimaiyyətindən gizli qalırdı. Bu, müstəmləkə strategiyasının bir hissəsidir - hər şeyi nəzarət altında saxlamaq və beynəlxalq diqqəti yayındırmaq", - Jan-Pyer bildirib.
Oxşar xəbərlər
Qvadelup Beynəlxalq Cəbhəsi: Biz Azərbaycanla birlikdə ədalət axtarışındayıq
Jan-Jakob Bisep: Biz müstəmləkə irsindən xilas olmaq əzmindəyik
Bakıda Qvadelupun dekolonizasiyası ilə bağlı konfrans keçiriləcək
Joze Marten Jan-Pyer: Fransa öz dənizaşırı ərazilərində təbii fəlakətlərə məhəl qoymur
Qvadelup və BTQ arasında əməkdaşlığa dair memorandum imzalanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
