XİN: Ermənistanın regionda sülhə sadiqlik iddiası onun hərəkətləri ilə uyğun gəlmir
sizinxeber.az xəbər saytı

XİN: Ermənistanın regionda sülhə sadiqlik iddiası onun hərəkətləri ilə uyğun gəlmir


Ermənistanın hərbi cinayətlərə, o cümlədən işğal zamanı Azərbaycanın mədəni irsinin dağıdılmasına görə məsuliyyətini etiraf etməkdən yayınması onun sülh prosesində etibarını daha da sarsıdır.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin İslam Əməkdaşlıq Təşkilatının İstanbul Xarici İşlər Nazirləri Şurasında qəbul olunmuş qərarlarla bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına dair şərhində bildirilir.

"Ermənistanın sülhə sadiqlik iddiası onun hərəkətləri ilə uyğun gəlmir. Azərbaycan ardıcıl olaraq, ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət əsasında hərtərəfli sülh sazişinin tərəfdarı olduğu halda, Ermənistan dəfələrlə kritik məsələlər üzrə qeyri-konstruktiv mövqe nümayiş etdirməklə tərəqqiyə mane olub.

İƏT-in Ermənistanı gecikmədən sülh sazişinin imzalanmasına maneələri aradan qaldırmağa çağırması beynəlxalq ictimaiyyətin Cənubi Qafqazda davamlı sabitliyi təmin edən həll üzrə gözləntiləri ilə üst-üstə düşür.

Ermənistanın İƏT-in prinsipial mövqeyini siyasiləşdirmək və öz hərəkətlərinə görə məsuliyyətdən yayınmaq cəhdləri Azərbaycanı ədalətli və davamlı sülh əldə etmək səylərindən çəkindirməyəcək. Ermənistanı revizionist ritorikasından əl çəkməyə və tarixi məsuliyyətlərini etiraf etməyə çağırırıq", - XİN rəsmisi əlavə edib.

Oxşar xəbərlər

Ayxan Hacızadə: Ermənistanın sülhə sadiqlik iddiası onun hərəkətləri ilə uyğun gəlmir
Rəsmi Bakı Ermənistan XİN-in "İstanbul Bəyannaməsi" ilə bağlı bəyanatını qətiyyətlə rədd edib
Ayxan Hacızadə Ermənistan XİN-ə cavab verib
Rəsmi Bakı: "Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalıdır"
Rəsmi Bakıdan Ararat Mirzoyana SƏRT CAVAB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər