Ceyhun Bayramov iordaniyalı həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov iordaniyalı həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində iordaniyalı həmkarı Ayman Safadi ilə görüşərək regional təhlükəsizliyi müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər görüş zamanı ikitərəfli münasibətlərin inkişafını müzakirə edib, regional təhlükəsizlik barədə fikir mübadiləsi aparıb, həmçinin beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinə sadiqliyi təsdiqləyiblər.

Tərəflər həmçinin İsrail-İran münaqişəsi nəticəsində artan regional qeyri-sabitliklə bağlı narahatlıqlarını ifadə ediblər.

Oxşar xəbərlər

Ceyhun Bayramov iordaniyalı həmkarı ilə regional təhlükəsizliklə bağlı fikir mübadiləsi aparıb
Azərbaycan və Özbəkistan XİN başçıları Yaxın Şərq bölgəsində gərginliyin artmasını müzakirə edib - YENİLƏNİB
İstanbulda Azərbaycan və Özbəkistan XİN başçılarının görüşü olub
Azərbaycan və Pakistan XİN başçıları regional əməkdaşlıq layihələrini müzakirə ediblər
Ceyhun Bayramov Şimali Kiprdən olan həmkarı ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər