MM tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsində yeni yanaşmanın istifadəsini ilk oxunuşda qəbul edib
Azərbaycanda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin biliyi sertifikasiya imtahanı ilə yanaşı davamlı peşəkar inkişafı da (DPİ) qiymətləndiriləcək.
“Sizinxeber.az” xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında ilk oxunuşda müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun müvafiq maddəsinə uyğun olaraq səhiyyə mütəxəssislərinin sertifikasiyası keçirilir.
Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi məqsədinə nail olunması üçün tibb mütəxəssislərinin peşə bilik və bacarıqlarının imtahan vasitəsilə qiymətləndirilməsi ilə yanaşı dünyanın bir çox ölkələrində istifadə edilən Dünya Tibb Təhsili Federasiyasının standartları ilə hazırlanan davamlı peşəkar inkişafın (DPİ) tətbiqini zəruri edir.
Hazırda “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 48-ci maddəsinə əsasən ali və orta ixtisas tibb təhsilinə malik tibb mütəxəssisləri dövri olaraq beş ildə ən azı bir dəfə ixtisaslarının artırılması məqsədi ilə tədrisə cəlb edilsələr də, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün yeni yanaşmanın – davamlı peşəkar inkişafın tətbiqinə ehtiyac var.
Layihədə nəzərdə tutulan dəyişikliyə əsasən də məhz sertifikasiya şəhadətnaməsinin əldə edilməsi üçün tibb mütəxəssislərinin öz seçimlərindən asılı olaraq 5 ildə bir dəfə imtahanda iştirak etməsi və ya elmi, pedaqoji və digər tədris fəaliyyətləri ilə məşğul olmaqla davamlı peşəkar inkişafını həyata keçirməsi təklif olunur.
Sertifikasiya şəhadətnaməsinin əldə edilməsi üçün DPİ-nin tətbiqinin aşağıdakı üstünlükləri var:
- tibb mütəxəssislərinin peşəkarlığının artırılmasına daha çevik və effektiv yanaşma təklif edir;
- tibb mütəxəssislərinin fəaliyyətinin bütün xüsusiyyətlərini (tədris, elmi, praktik, pedaqoji və s.) əhatə edir və peşəkarlığın yüksəldilməsi üçün müxtəlif üsullardan istifadəni nəzərdə tutur;
- tibb mütəxəssislərini yalnız ixtisasartırma kurslarında iştirakla məhdudlaşdırmayaraq onlara peşəkar inkişaf üçün daha geniş imkanlar yaradır və onları daim öz üzərində işləməyə motivasiya edir;
- tibb mütəxəssislərinin beynəlxalq peşəkar mühitə inteqrasiyasına şərait yaradır;
- tibb mütəxəssislərinə peşəkar inkişafını planlaşdırmaqda və onun qeydiyyatını aparmaqda kömək edir.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul olunub.
Oxşar xəbərlər
Tibb mütəxəssislərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün yeni yanaşmadan istifadə olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sertifikasiyadan keçməyən tibb işçilərinin 6 ay müddətində iş yeri və maaşının saxlanılması təklifi ilk oxunuşda qəbul edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sertifikasiyadan keçməyən tibb mütəxəssislərinin 6 ay müddətində iş yeri və maaşı saxlanılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Plastik cərrahların sənədlərini Səhiyyə Nazirliyinə təqdim etmələri üçün verilən vaxt başa çatır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səhiyyə Nazirliyindən plastik cərrahlara ÇAĞIRIŞ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır












