Milli Məclisdə elektron nəzarət sistemlərinin tətbiqi ilə bağlı pilot layihələrə başlanılması təklif edilib
Milli Məclisdə elektron nəzarət sistemlərinin tətbiqi ilə bağlı müvafiq pilot layihələrin başlaması və mərhələli şəkildə genişləndirilməsi təklif edilib.
“Sizinxeber.az” xəbər verir ki, bu təkliflə deputat Müşfiq Cəfərli Hesablama Palatasının 2024-cü ildəki fəaliyyəti haqqında hesabatın parlamentdə müzakirəsi zamanı çıxış edib.
O qeyd edib ki, Hesablama Palatasının hesabatlarında nəticə indikatorları da əhatə olunmalıdır:
“Yəni, yalnız “nə qədər xərcləndi?” sualı deyil, “nə dəyişdi?” sualına da cavab verilsin. Bununla bərabər irəli sürülən irad və tövsiyələr praktiki nəticələrə yönəldilməsini təklif edirəm, yəni bu hesabatlar müvafiq dövlət qurumlarının fəaliyyətində real düzəlişlərə səbəb olsun”.
M.Cəfərli əlavə edib ki, Hesablama Palatasının 2024-cü ilə dair hesabatı ilə tanış olduqda, həm müsbət tendensiyalar, həm də bizi düşündürən vacib məqamlar ortaya çıxır.
Deputat hesab edir ki, hesabat sadəcə maliyyə rəqəmlərindən ibarət deyil:
“Burada dövlət idarəçiliyində, büdcə siyasətində nələrin düzgün, nələrin isə təkmilləşdirilməyə ehtiyacı olduğunu göstərən mühüm siqnallar var.
Xüsusilə diqqət yetirdiyim məsələ – bəzi hallarda büdcə vəsaitlərinin səmərəli xərclənməməsidir. Ayrılmış vəsaitlər plan üzrə xərclənsə də, nəticə gözlənilən səviyyədə olmur. Bu, təkcə maliyyə intizamı ilə bağlı deyil, eyni zamanda nəticəyönümlü idarəetmənin tətbiqində mövcud boşluqlarla da əlaqəlidir”.
Oxşar xəbərlər
Hesablama Palatasının 2024-cü il üzrə hesabatı Milli Məclisə təqdim edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlament Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası Milli Məclisdə hesabat verir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatasının göstəricilərin kəmiyyət və keyfiyyət meyarları üzrə təsnifləşdirilməsi və tamamlaması təklif olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sadiq Qurbanov: “Gələcəkdə "yaşıl büdcə" yanaşmaları Hesablama Palatasının yoxlamalarında əsas istiqamətdən birinə çevrilməlidir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












