Deputat: Azərbaycanın mənafeyindən çıxış edən əcnəbi ekspertlər erməni diasporunun təqibinə məruz qalır
Azərbaycanın mənafeyindən çıxış edən əcnəbi ekspertlər erməni diasporunun təqibinə məruz qalır.
“Sizinxeber.az” xəbər verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə martın 10-da parlamentdə “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, həmin ekspertlər Azərbaycanda və xarici ölkələrdə keçirilən tədbirlərdə iştirak edirlər:
"Erməni diasporu da onların çalışdığı universitetlərə məktublar yazır, kafedrasını bağlayır və s. Ona görə də əcnəbi dostlarımızı, ekspertlərimizi xarici səfirliklər yolu ilə qorumalıyıq”.
Deputat həmçinin Qərbi Azərbaycanla bağlı qayıdış prosesinə simpatiya qazandırmağın zəruri olduğunu söyləyib:
"Tarixdə deportasiyaya məruz qalan və öz doğma torpaqlarına qayıdan xalqları nümunə göstərmək mümkündür. Xarici auditoriyalarda, xarici universitetlərdə elmi məqalələrə ciddi yanaşırlar. Biz gərək elmi məqalələrimizin, araşdırmalarımızın sayını artıraq. Eyni zamanda xarici universitetlərdə elmi kafedralar təsis etməyə çalışmalıyıq".
Oxşar xəbərlər
Erməni diasporu Azərbaycanın xaricdə təşkil etdiyi tədbirlərə qatılan ekspertləri hədəf seçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Komitə sədri: Qarabağa min erməni qayıdacaqsa, Qərbi Azərbaycana da min azərbaycanlı qayıtmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Komitə sədri: Erməni diasporu sülh istəmir və Ermənistanın maraqlarını nəzərə almır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Asim Mollazadə: Ermənistan sülh istəyir, amma ABŞ, Fransa və Belçikadakı erməni diasporu buna imkan vermir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Komitə sədri: Ermənistan ictimaiyyəti və hakimiyyəti sülhə hazır deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












