Komitə sədri: Ermənistan ictimaiyyəti və hakimiyyəti sülhə hazır deyil » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
mar
2025
12:00
0
0
1 352
ff

Komitə sədri: Ermənistan ictimaiyyəti və hakimiyyəti sülhə hazır deyil

10 mar, 2025
12:00
1 352

Komitə sədri: Ermənistan ictimaiyyəti və hakimiyyəti sülhə hazır deyil

Ermənistan ictimaiyyəti və hakimiyyəti sülhə hazır deyil.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

O qeyd edib ki, Ermənistanın bu yanaşmasına baxmayaraq, gec-tez sülh əldə olunmalıdır:

“Bizim əsas hədəfimiz  məhz erməni ictimaiyyəti olmalıdır. Onlara izah etməliyik ki, Ermənistana qarşı hər hansı ərazi iddiamız yoxdur. Biz sadəcə, Qərbi Azərbaycana, tarixi torpaqlarımıza qayıtmaq, qəbirlərimizi ziyarət etmək, lazımdırsa, orada yaşamaq istəyirik”.

Bizimlə əlaqə saxlayın

×
×