"Aviasiya haqqında" qanuna dəyişikliklər ilk oxunuşda təsdiqlənib
Azərbaycanda "aerodrom istismarçısı" anlayışı fiziki və yaxud hüquqi şəxslərlə məhdudlaşmayacaq.
"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında "Aviasiya haqqında" qanunda dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, sözügedən anlayışa bir və ya bir neçə aerodromu qanuni əsaslarla istismar edən dövlət orqanı da əlavə edilir. Bununla da aerodrom istismar edən dövlət orqanlarının fəaliyyətinin hüquqi əsası yaradılıb.
Bundan başqa, qanun aviasiya hadisəsi zamanı axtarış və xilasetmə, aviasiya hadisələri və insidentlərinin araşdırılmasının təşkili, bu hadisələrin başvermə səbəbləri, araşdırılmasın nəticələri barədə hesabatın hazırlanması məsələlərini tənzimləyir. Aviasiya hadisələri və insidentlərinin müstəqil səlahiyyətə malik qurum tərəfindən araşdırılmasına dair Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələbləri nəzərə alınaraq, qanunun 16-cı, 17-ci, 18-ci və 19-cu maddələrində nəzərdə tutulan bir sıra səlahiyyətlərin dəqiq tənzimlənməsi təklif olunur.
Belə ki, Azərbaycanın tərəfdar çıxdığı “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyasına Əlavə 13-ün tələblərinə əsasən, Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv dövlətlər aviasiya hadisələri və insidentlərinin araşdırılması məqsədilə mülki aviasiya qurumundan və onun fəaliyyətinə müdaxilə edə bilən digər qurumlardan müstəqil qurum yaratmalıdırlar. Müvafiq qurum Əlavə 13-ün tələblərinə uyğun olaraq tam müstəqil formada təsis edilməlidir.
Buna uyğun olaraq aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın hüquqi statusunun müəyyən edilməsi məqsədilə qanuna yeni anlayışın əlavə edilməsi təklif olunur.
Layihə müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Aviasiya hadisələrinin araşdırılması üzrə daimi komissiyanın hüquqi statusu müəyyənləşir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin iclası başlayıb, gündəlikdə 27 məsələ var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazirlər Kabineti digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə bağlı qərar verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazirlər Kabineti uçuşların təhlükəsizliyinə nəzarətlə bağlı qərar verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 8 məsələ var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












